Bir dəfə Əhməd pişiklərini Bakıya gətirmişdi ki, həkimə göstərsin. Geri qayıdanda görüşdük, oturub çay içdik, dərdləşdik. (Əhmədlə görüşməyimiz o, təsadüf hallarda Bakıya gələndə alınırdı.) Əhməd dedi ki, Lənkərana qayıtmaq üçün taksi sürücüsü gəlib onu da götürməlidir. Mənə dedi, sən də min, sizin kəndin yanından keçəcəyik, elə orada düşüb gedərsən evə. Nəsə, taksi gəldi, oturduq...
Həmin taksi 5-ə yaxın adam götürürdü. Əhməd də gedib ən arxada, mənsə ən qabaqda, sürücünün yanında oturmalı oldum. Çünki biz maşına minəndə 1 yaşlı xanım, bir də oğlan ortada oturmuşdu. Sonradan bir ortayaşlı adam mindi, o da onların yanında oturdu...
Əhmədi Lənkərandan Bakıya da elə bu sürücü gətirmişdi. – Əhmədə qayıtdı ki, "ərinmirsən, 3 dənə pişiyi qoyub qəfəsə, gətirmisən Bakıya ki, həkimə göstərəsən?" Maşındakılar gülüşdü... mənə də bunların belə normal şeyləri daş dövründə yaşayırmış kimi qarşılamağı xoş gəlmədi. Həmişə elədiyim şeyi elədim: Ürəyimdə söydüm bunları. İstədim nəsə cavab verim, sonra "lənət şeytana" deyib, başladım telefonla oynamağa ki, heç kim danışdırıb eləməsin. Nəsə deyəcəklər, acılayacam. Sonra gəl bunlarla mübahisə elə...
Əhməd o dəqiqə cavab verdi ki, "insanların ucuz tutulduğu ölkədə heyvanlara qarşı belə münasibət görməyiniz sizi çaşdırdı, hə?" – sürücünün də, o xalanın da, kişilərin də üzündəki təbəssüm işığını Mingəçevirdən söndürdülər elə bil. Diqqətlə üzlərinə baxdım. Bu boyda həqiqətlə üz-üzə gəldiklərinə görə, üzlərinə yad bir ifadənin qonduğunu hiss elədim.
Üzlərindəki ifadayə diqqətlə baxanda elə görünürdü ki, sanki, bu ifadə onların üzündə ilk dəfə yaranıb. Birdən birə bunun "dozası" onlara çox gəlib. Əhməd bunun ardınca da bu sükutu pozub qayıtdı ki, "pişikləri qısırlaşdırmağa gətirmişəm." Bunu deyəndən sonra bu bədbəxt camaatın nümayəndələri bir az əvvəl onlarla üzbəüz gələn həqiqətə, yəni onları qorxudan bu nəhəng bədheybətə özlərini güclü göstərmək üçün B planına keçib, həmişə elədiyi şeyi elədi: gülüb keçmək qərarına gəldi...
Öz aralarında talışca nəsə danışıb, yənə şaqqanaq çəkib güldülər. Bu səfər isə Əhməd yənə səbrli davrandı və pişikləri qısırlaşdırmağın səbəbinin nə olduğunu pişiyə başa salırmış kimi başa saldı bu insanlara. Onlar yənə susdu...
Bunu yazını Əhmədin nə qədər səbrli, mərhəmətli, nəzakətli və savadlı olduğunu, belə birinə cinyatkar deməyin elə özünün cinayətkarlıq olduğunu bir daha xatırlatmaq üçün yazmışam...
Təbrik edirəm, Əhməd!
Elə sənin də Afiəddin Məmmədova yekun məhkəməsində dediyin kimi: "Gün gələcək, bu məhkəməyə səni bura salanları gətirəcəyik!